Sabirabadda nəvə babasının evindən oğurluq edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 30-da Sabirabad Rayon Polis Şöbəsinə cari ilin aprel ayından may ayının 29-dək olan müddətdə Nərimankənd kəndindəki evlərin birindən ümumilikdə 5000 manat pulunun oğurlandığı barədə müraciət daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində şübhələr ev sahibinin nəvəsinin üzərində cəmlənib və o, saxlanılıb.
Törətdiyi cinayət əməlini etiraf edən nəvə həmin məbləği ayrı-ayrı vaxtlarda oğurladığını bildirib. Sonuncu dəfə oğurladığı 300 manat maddi sübut kimi polis əməkdaşkları tərəfindən ondan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.