Bakıda qadının çantası yardılar
31 may 2016 13:39 (UTC +04:00)

Bakıda qadının çantası yardılar

0

Bakıda oğurluqla məşğul olan şəxslər yaxalanıb.

 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da Bakı şəhər sakini Təranə Məmmədovaya məxsus çantadan 2000 ABŞ dolları və 50 manat pul oğurlamış şəxslər ələ keçib.

 

Masallı rayon sakini Yaşar Həşimov, paytaxt sakini Ramin Mustafayev və Sədərək rayon Musa Fətullayev tutulublar.

 

Qeyd edək ki, R. Mustafayev və M. Fətullayev əvvəllər məhkum olunublar.

 

 Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmçinin mayın 30-na keçən gecə Nəsimi rayonunun Moskva prospektində Bakı şəhər sakini Nəzakət Muradovaya məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə məişət əşyası və ərzaq məhsulları oğurlayanlar da tutulub.


Hadisəni törətmiş, Gəncə şəhər sakini İslam Əhmədov və Daşkəsən rayon sakini Elcan Rzayev saxlanılıb, daha bir nəfər isə müəyyən edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar