Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Yanvar
23 yanvar 2016 20:03 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Yanvar

GÜNÜN ŞƏRHİ

 

Bu həftə neftin qiymətində son ayların ən qeyri-müəyyən müddət kimi yadda qaldı. Son günlər baş verənlər, yəni İranın üzərindən sanksiyaların götürülməsi, dünyanın ən böyük neft idxalatçılarından olan Yaponiyanın ABŞ-dan 40 ildən sonra neft almağa başlaması, Çinin və Cənubi Koreyanın da bu addımı atacağının gündəmə gətirilməsi bir çox proqnozları, belə deyək, yandırdı. O proqnozları ki, qiymətlərin sürətlə düşəcəyi ehtimal edilirdi.

 

Amma tam əksi baş verdi. Neftin qiymətində artım müşahidə olunmağa başlayıb. Artımın müşahidə olunmasında başlıca faktor isə İsveçrədə başlayan və dünyanın ən azından bir illik iqtisadi tempini cızan ənənəvi illik sammitdir. Üstəgəl, Davos Forumu planetin neft ixracatçısı olan ölkələrin rəhbərlərinin və həmin ölkələrin şirkətlərinin bu ucuzlaşmadan narahat olduqlarını dilə gətirmələri və buna qarşı bir ağızdan danışmaları ilə start götürüb. Məhz bu fakt neftə yenidən "qara qızıl" statusunu qaytara bilər...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 158
avatar

Oxşar yazılar