
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 iyun
GÜNÜN ŞƏRHİ
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində psixoloji savaş davam edir. Ermənilərin mülki əhalini hədəfə alması bu müharibənin tərkib hissəsidir. Son bir həftə ərzində bir neçə soydaşımız düşmən gülləsinə tuş gəlib. Beynəlxalq birlik tərəfləri davamlı olaraq atəşkəs rejiminə riayət etməyin zəruriliyinə inandırmağa çalışır. Bu çağırışların intensivləşdiyi bir dövrdə ermənilərin atəşkəs rejimini sürəkli pozmasının, üstəlik mülki şəxsləri hədəfə götürməsinin səbəbi nədir? Məncə, səbəb Azərbaycanı cəbhə xəttində qarşılıqlı itkilərlə müşayiət olunacaq əməliyyatlara sürükləmək istəyidir. Azərbaycan lazımi cavab addımları atarsa, ermənilər Azərbaycanı müharibəyə başlamaq cəhdlərində ittiham etmək üçün bəhanə əldə etmiş olacaqlar. Bu bəhanə xüsusilə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başladığı dövrdə ermənilərə hava-su kimi lazımdır.
Oxşar yazılar

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü
12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT: iki azərbaycanlının malları əllərindən alındı
12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki
12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18