GÜNÜN ŞƏRHİ
Yaxın Şərqin gündəmini hələ uzun müddət Səudiyyə-İran münasibətləri müəyyənləşdirəcək. Səudiyyə İranın nüvə texnologiyalarına çıxış imkanlarını həzm edə bilmir, bölgədə lider dövlət statusuna hər vəchlə sahiblənmək istəyir. Üstəlik ABŞ-ın dəstəyi olmadan bu statusa yiyələnə bilməyəcəyini də anlayır. Doha görüşü Vaşinqtonun maraqlarına qarşı, Rusiyanın maraqlarının lehinə bir platforma idi. Bu görüşün pozulması ABŞ-ın əlinə, Rusiyanın əleyhinə oynamaqdı. Səudiyyə məhz bu səbəbdən neft hasilatının dondurulması qərarının qəbuluna imkan verməyərək oyunu pozdu. Daşlar yenidən yerinə oturub - İran bölgədə söz sahibi statusunu möhkəmlətməkdə davam edir, Səudiyyə ABŞ-la müttəfiqlik münasibətlərini qoruyur, Rusiya yenidən Suriyada gövdə göstərişinə başlayır, Moskva-Tehran münasibətlərində ziddiyyətlər yenə arxa plana keçir, Kreml Ankaraya qarşı informasiya müharibəsinə yenidən start verir. Yaxın Şərqin Doha görüşünədək olan bu mənzərəsi görüşdən sonra da davam edir. Demək ki, bölgədə heç nə, yəni nə maraqlar, nə güc balansı dəyişmir. Sadəcə filmin növbəti seriyası başlayıb. İzləməkdə davam edək.
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 19 Aprel
147