Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 İyul
15 iyul 2014 20:09 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 İyul

GÜNÜN ŞƏRHİ
 
Narkotik və içki. Tərs kimi həmişə istedadlı adamları gəlib tapan iki arzuolunmaz mərəz. Dünyada bir çox yazıçı, şair, aktyor, rəssam, rejissor, hətta idmançı bu bəlalardan əziyyət çəkiblər. Onların bəziləri bu pis vərdişlərdən orqanizmlərində yaranan fəsadlardan dünyasını dəyişib, bəziləri isə hətta psixoloji gərginlik keçirərək intihar belə ediblər. Bizdə də belə istedadlar olub və var. Bu gün saxlanılan meyxana ustası Bayram Kürdəxanılı ilə bağlı xəbər süjetini APA TV-nin saytına yerləşdirdikdən sonra yazılan şərhlər mənə çox maraqlı gəldi. Ən birincisi bir daha gördüm ki, Bayrama hamının simpatiyası var. Elə mən də Bayramı tanıyan və hətta onun meyxana dediyi məclislərdə iştirak edən biri kimi xətrini çox istəyirəm. İstedadlı və yumor hissi olan adamdır Bayram, ən azı buna görə. Və bir az əvvəl özünün dediyi kimi, həmişə düzünə danışan kişidir. O, yenə düz deyir, bəzən belə adamları elə məclislər, özünü dost-aşna kimi göstərənlər məhv edir. Amma Bayram və eləcə də başqa sahələrdə istedadı olan adamlar - bayaq dediyim kimi yazıçılar, şairlər, rəssamlar, aktyorlar və digərləri bir şeyi bəzən unudurlar. Onları oxuyub, onlara baxıb bu sahələrə gəlmək istəyən yüzlərlə gənc var. Və onlar pərəstişkarı olduqları bu adamlardan yalnız yaxşı oxumağı, yazmağı, rəsm çəkməyi, meyxana deməyi yox, həmin o pis vərdişləri də örnək götürürlər... 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593
avatar

Oxşar yazılar