GÜNÜN ŞƏRHİ
Növbəti iki ay ərzində ABŞ-ın xarici siyasəti tam şəkildə bir məsələyə köklənib - İranın nüvə proqramına dair sazişin imzalanmasına. ABŞ prezidentinin fikirlərinə, Ağ Ev rəsmilərinin səfərlərinə, senator və konqresmenlərin açıqlamalarına, Yaxın Şərqlə bağlı istər regiondan, istərsə, bölgə xaricindən verilən bəyanatlara bu kontekstdən baxmaq vacibdir. Bu faktor ABŞ daxilində siyasi çəkişmələrin də əsas stimullaşdırıcı məqamı olacaq, senator Makkeynin Ağ Evi rüşvətxorluqda hədələməsi buna misaldır. Con Kerrinin Rusiyaya təcili səfərinin kökündə dayanan faktorlardan biri də budur. ABŞ İranla bağlı planlarını Tehranın əbədi müttəfiqi Rusiya ilə bölüşməyə ehtiyac duyur. Səudiyyə Ərəbistanının və Körfəz ölkələrinin Vaşinqtona qarşı sərt jestlərini də İranın nüvə proqramı ətrafında müzakirələrlə əlaqələndirmək lazımdır, ərəb dövlətləri Tehranın nüvə dövlətinə çevrilməsini özləri üçün ciddi təhdid hesab edirlər. İsrailin ABŞ-ı sərt tənqid etməsini də bu rakursdan dəyərləndirmək olar, İsrail özünü aldadılmış və ABŞ-ın sürüşkən siyasətinin qurbanı sayır. Ağ Ev administrasiyasının davranışları isə Obamanın sazişi imzalamaqda hələ də maraqlı olduğunu göstərir. İranın nüvə proqramına dair altılıq ölkələri ilə imzalanacaq saziş bölgədə qüvvələr nisbətini kökündən dəyişəcək. Bu səbəbdən Yaxın Şərqdə hər kəs üçün köhnə dostlar düşmənə, köhnə düşmənlər dosta çevrilə bilər. İranın nüvə proqramı Yaxın Şərqi ərəb saçına döndərib...
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 13 May
133