Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 iyun
12 iyun 2014 20:13 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 iyun

0

NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ


İŞİD Mosulda türk diplomatları girov götürməklə bir anda dünya gündəminin trendinə çevrildi. Və insanlar “İŞİD kimdir, ya nədir” sualına cavab axtararkən bu terrorçuların daha iki şəhəri ələ keçirdiyi, bu gün isə sürətlə Bağdad və Kərbəlaya doğru hərəkət etdiyi barədə məlumat yayıldı. Məncə, bu xəbərlərdə dezinformasiya yükü çoxdur. İraqda iki dəfə irimiqyaslı əməliyyat keçirən peşəkar ABŞ ordusu belə 24 saatda üç şəhəri ələ keçirə bilməyib, başıpozuq dəstələrdən ibarət İŞİD bunu necə edə bilir? Edə bilirsə, özünü bölgənin lideri hesab edən dövlətlər belə bir qüvvənin formalaşıb ortaya çıxmasına necə göz yumublar? Üç şəhəri ələ keçirib, iki şəhərə göz tikən qüvvənin sayı çox, silahlanması mükəmməl olmalıdır. Bu sayı və silahı kim təmin edə bilər sualına cavab tapmaq az-çox mümkündür, bunun üçün hansı ölkənin mediasının İŞİD-i bölgənin supergücü kimi tirajlamağa çalışdığına göz atmaq yetər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 802

Oxşar yazılar