Nərimanovda avtomobil piyadanı vurub qaçdı
22 aprel 2016 12:35 (UTC +04:00)

Nərimanovda avtomobil piyadanı vurub qaçdı

0

Nərimanov rayonunda naməlum avtomobil qəza törədib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 21-də saat 23 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Yuriy Yeliseyeviç vurulub. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar