Nəqliyyat müfəttişləri yenə sürücünü döydü
13 yanvar 2014 13:21 (UTC +04:00)

Nəqliyyat müfəttişləri yenə sürücünü döydü

Bakının Nizami rayonunda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında mübahisə yaranıb. Sərinişin kimi maşına əyləşib sonradan müfəttiş olduqlarını elan edən 4 nəfərin sürücünü döydükləri iddia olunur. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Kürdəmir rayon sakini, 23 yaşlı Mikayılov Nəsir Şirvan oğlunun paytaxtda taksi fəaliyyəti ilə məşğul olarkən 4 nəfərin hücumuna məruz qalıb.

 

Sürücü mülki geyimdə olan bu şəxslər müştəri kimi maşına əyləşdiklərini bildirir. Qapılar bağlanan kimi "müştərilər" əvvəlcə sənəd daha sonra isə lisenziyasız taksi fəaliyyəti göstərməsi üçün pul tələb ediblər.

Sənədlərinin ələ keçməməsi üçün Nəsir avtomobilini məcburən səkiyə dırmaşdırsa da bir fayda verməyib. Həmin şəxslər avtomobilin sənədini götürərək avtomobillə ərazidən uzaqlaşıblar. Məsələ ilə bağlı hələlik Nəqliyyat Nazirliyi heç bir açıqlama verməyib.

 

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Lent.az-a bildirib ki, məsələ araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4189
avatar

Oxşar yazılar