Dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə edilir. Lent.az “Bloomberg”ə istinadən xəbər verir ki, London birjasında Brent markalı neftin bir barelinin qiyməti 39,51 dollaradək geriləyib. Beləliklə Brent neftinin qiyməti son bir həftədə ilk dəfə olaraq 40 dolların altına düşüb.
Qərbi Texas neftinin də qiyməti enir. Bu gün keçirilən hərraclarda ABŞ neftinin bir barelinin dəyəri 2 faizədək enib və 37,55 dollaradək geriləyib.