Neftçalada polis müstəntiqi yol qəzasında öldü
25 mart 2016 22:25 (UTC +04:00)

Neftçalada polis müstəntiqi yol qəzasında öldü

Neftçalada 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.   

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Salyan-Neftçala avtomobil yolunun Xıllı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.  

 

Neftçala rayon polis şöbəsinin müstəntiqi, polis mayoru, 1958-ci il təvəllüdlü Məlahət Mehdiyeva idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən “Kamaz” markalı avtomobillə toqquşub.   Avtomobil alovlanmağa başlayıb. Hadisə yerinə FHN-nin Neftçala yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və təcili yardım maşını cəlb edilib.

 

Qəza nəticəsində “Mercedes”sin sürücüsü sıxılmış vəziyyətdə qaldığından sükan arxasında dünyasını dəyişib. Yolun kənarına aşan “Kamaz”ın sürücüsü, Salyan sakini, 1989 –cu il təvəllüdlü Əliyev Nahid Zəkulla oğlu və salondakı sərnişin, Bakı sakini, 1963-cü il təvəllüdlü Məmmədov Qabil Hüseyn oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Neftçala rayon xəstəxanasına yerləşdiriliblər. Hazırda meyitin avtomobildən çıxarılması istiqamətində tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Oxşar yazılar