Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələri təftiş edir. Lent.az-ın Müdafə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlılığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatın, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitin yoxlanılmasıdır.