Nazirliyin vəzifəli şəxslərinə cinayət işi açıldı – <span style="color:red;">KORRUPSİYA  - YENİLƏNİB
20 may 2014 11:40 (UTC +04:00)

Nazirliyin vəzifəli şəxslərinə cinayət işi açıldı – KORRUPSİYA - YENİLƏNİB

Baş Prokurorluq daha bir korrupsiya faktı ilə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuzluqlara yol vermələri barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin 358 min 866 manat məbləğində ünvanlı dövlət sosial yardımı qanunsuz olaraq artıq hesablayıb vətəndaşlara ödəməklə israf etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8945
avatar

Nizam Rza

Oxşar yazılar