Nazirlik 6 yaşlı uşağın ölümü ilə bağlı məlumat yaydı
02 mart 2016 14:31 (UTC +04:00)

Nazirlik 6 yaşlı uşağın ölümü ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Daşkəsən şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, martın 1-də saat 13 radələrində Daşkəsən şəhərində şəhər sakini İlqar İmamverdiyev “VAZ-2121” markalı avtomobili idarə edərkən qonşusu 6 yaşlı Ümid Vahabzadəni vurub. Ü.Vahabzadə xəstəxanaya aparılarkən yolda ölüb.

 

Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250

Oxşar yazılar