Nazirin qəbul vaxtı dəyişdirilib
20 noyabr 2014 17:32 (UTC +04:00)

Nazirin qəbul vaxtı dəyişdirilib

Təhsil Nazirliyi Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayon və Şirvan şəhər sakinlərinə müraciət edib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təhsil naziri Mikayıl Cabbarovun mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin noyabrda şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 21-də nəzərdə tutulmuş qəbulunun vaxtı dekabr ayına dəyişdirilib.

 

Bununla bağlı Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayonu və Şirvan şəhəri sakinlərinə əlavə məlumat veriləcək.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586
avatar

Oxşar yazılar