Bu gün Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında Muxtar Respublikanın Kəngərli rayonu istiqamətində hərəkət edən KamAZ markalı hərbi yük maşını minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində minik maşınında olan 7 nəfərdən 5-i hadisə yerindəcə ölüb.
Digər 2 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ölənlərin arasında azyaşlı da var.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza zamanı yük maşınından olan hərbi qulluqçulardan biri yüngül xəsarət alıb.
Naxçıvanda dəhşətli qəza: 5 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB
0
0
0
0