
Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəbəkə üzvləri saxlanılıb
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Vüqar Əliyev tutulub. Onun üzərinə baxış zamanı 1,067 qram, yaşadığı evdən isə 0,613 heroin aşkar edilərək götürülüb. V.Əliyev istintaq verdiyi ifadəsində narkotik vasitəni Fəridə adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhər sakini Fəridə Qasımzadə də tutularaq istintaqa təqdim olunub. Onun üzərində şəxsi axtarış aparılan zaman 4,571 qram aşkar edilib.
Baş İdarə əməkdaşları narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərini daha da genişləndirərək F.Qasımzadəyə heroini satan Xırdalan şəhər sakini Elnur Kazımovu və həmyerlisi Ramil İsbəndiyarovu da saxlamağa nail olublar. E.Kazımovun üzərindən 1, 467, R. İsbəndiyarovdan isə 100,947 qram heroin aşkar edilib. Əməliyyat tədirlərinin davamı olaraq R.İsbəndiyarovun yaşadığı evə baxış zamanı əlavə 398,499 qram heroin, 52,454 qram metamfetamin, həmçinin 1 ədəd idman tapançası, 1 ədəd beşbarmaq və 1 ədəd dəyənək götürülüb.
Faktla bağlı dəstə üazvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Oxşar yazılar

Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olundu
14 iyul 2025 , 17:21