Narkotik daşıyıcıları saxlanılıb
28 iyul 2014 12:27 (UTC +04:00)

Narkotik daşıyıcıları saxlanılıb

0

 

İyulun 27-də Bakıda  narkotik daşıyıcıları tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakinləri 1965-ci il təvəllüdlü Əlibaba Mehdiyevdən 7 qramdan artıq, ona marixuananı satan 1983-cü il təvəllüdlü Əliverdi Nəbiyevdən isə 2 kibrit qutusunda 12 qramdan artıq marixuana götürülüb.

 

 

Nərimanov rayonun polis əməkdaşların apardığı digər bir  əməliyyatda  43 yaşlı Astara rayon sakini Seyran Camalovdan da 15 qramdan artıq heroin götürülüb.

 

Daha bir narkotik alverçisi Xətai rayonunda saxlanılıb. Həmin rayonun polis əməkdaşları tərəfindən aparılan əməliyyat da əvvəllər də məhkumluğu olan 1961-ci il təvəllüdlü Qəhrəman Əliyevdən 17 kiloqramdan artıq marixuana götürülüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 678

Oxşar yazılar