Nardaranda oğurluqla məşğul olan 16-19 yaşlı gənclər tutulub
01 fevral 2016 12:31 (UTC +04:00)

Nardaranda oğurluqla məşğul olan 16-19 yaşlı gənclər tutulub

0

Nardaranda oğurluqda şübhəli bilinən 4 nəfər tutulub.

 

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-na keçən gecə, Nardaran qəsəbəsində Bəxtiyar Məmmədovun evindən, pəncərəni sındırmaqla 2 ədəd kondinsioner, 2 ədəd su nasosu və 3 ədəd samovar oğurlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakinləri - 1997-ci il təvəllüdlü Nahid Yaqubov, 1999-cu il təvəllüdlü Vüsal Məmmədov, 2000-ci il təvəllüdlü Pərvin Qasımov və Elşad Kazımov tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar