Nardaran sakini atasına məxsus odlu silahı polisə təhvil verib.
Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ramil Əsgərzadə mərhum atasına məxsus “İJ-58” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.