DİN Nardaranda əməliyyat keçirilməsinə münasibət bildirib - <span style="color:red;">YENİLƏNİB
02 mart 2016 16:47 (UTC +04:00)

DİN Nardaranda əməliyyat keçirilməsinə münasibət bildirib - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Nardaranda 32 nəfərin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib k, son günlər Sabunçu rayonunun Nardaran qəsəbəsində, bəzi KİV-in iddia etdiyinin əksinə olaraq, daxili işlər orqanları tərəfindən 32 nəfərin həbsi ilə nəticələnmiş hər hansı genişmiqyaslı əməliyyat tədbiri həyata keçirilməyib.

 

“Ölkənin hər yerində olduğu kimi, burda da hər şey öz qaydasındadır, hüquq-mühafizə orqanları tərəfindən qəsəbədəki kriminogen duruma tam nəzarət olunur. Sadəcə olaraq, Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirlərinin davamı olaraq dindirilmələrinə zərurət yaranmış 7 nəfər saxlanılıb”, - deyə o bildirib.

 

 

 

 

 

16:07

 

“Martın 1-ə keçən gecə Bakının Nardaran qəsəbəsinin küçələrində divarlara naməlum şəxslər tərəfindən dini şüarlar yazılıb”.

 

Bunu APA-ya açıqlamasında Nardaran sakini Hacıağa Nuri deyib.

 

O bildirib ki, naməlum şəxslər boya ilə silinmiş dini şüarların üzərindən “Allahu Əkbər”, “Ya Əli” və müxtəlif dini şüarlar yazıblar. Onun sözlərinə görə, hadisə ilə bağlı polis araşdırmalara başlayıb, saxlanılanlar var: “Polislər hadisədən xəbər tutduqdan sonra sakinləri 42-ci polis bölməsində ifadə verməyə çağırıblar. Saxlanılan zaman polisə müqavimətə görə 8 nəfərə inzibati qaydada 15-20 sutka həbs verilib. Saxlanılan 32 nəfərdən 30-u ifadəsi alındıqdan sonra sərbəst buraxılıb”.

 

H. Nuri qeyd edib ki, baş verən hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsinin vəzifəli şəxsləri və 42-ci polis bölməsinin rəisi ilə kənd ağsaqqalları arasında görüş keçirilib: “Görüş zamanı biz bu hadisəni qətiyyətlə pislədik və təxribat olduğunu dedik. Biz də bu hadisəni törədənlərin tezliklə müəyyənləşib aşkara çıxarılmasını istəyirik”.

 

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsindən isə APA-ya Nardaranda 32 nəfərin saxlanılması barədə məlumatsız olduqlarını bildiriblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00