Nardaran qəsəbə sakini silahını polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılan profilaktiki söhbətlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini İntizam Quliyev müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.