Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyunun 9-da saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nəriman Məmmədov vurulub.
Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.