Müğənni Ayan zibillikdən tapılan körpəyə baş çəkdi
12 iyun 2014 10:41 (UTC +04:00)

Müğənni Ayan zibillikdən tapılan körpəyə baş çəkdi

Müğənni Ayan Babakişiyeva Bakıda zibillikdən tapılan körpəyə baş çəkib. Bu barədə Lent.az-a müğənnin özü məlumat verib.

“Körpəni zibillikdən tapılması mənə çox pis təsir etdi. Dünən xəstəxanaya, onun yanına getmişdim. Qardaşım Samir də durmadan zəng edirdi ki, balaca Nərminin yanına get. Düşünürəm ki, əsas dünyaya övlad gətirmək deyil. Ana olmaq üçün onun məsuliyyətini hiss etmək lazımdır. Allah heç bir körpəni valideynsiz etməsin və onları qorusun. Nərminə yüksək səviyyədə qulluq edilir. Mən anayam, övladım var. Bu hadisəyə kənardan yanaşa bilmədim. Sevgimi balaca Nərminə göstərmək istədim”.

Qeyd edək ki, sözügedən körpə mayın 9-da Xəzər rayonu ərazisindən tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1611

Oxşar yazılar