Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, hospitalın korpuslarına baş çəkən Müdafiə naziri orada müalicə alan şəxsi heyətlə görüşüb, onların səhhəti ilə maraqlanıb və Novruz bayramı münasibəti ilə təbrik edib.
Ağır xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə Z. Həsənovun göstərişinə əsasən 10 ədəd ən müasir çoxfunksiyalı çarpayı hərbi hospitalın təminatına verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.