Müdafiə Nazirliyindən “ölkədən qaçan generalla” bağlı AÇIQLAMA
03 may 2014 13:00 (UTC +04:00)

Müdafiə Nazirliyindən “ölkədən qaçan generalla” bağlı AÇIQLAMA

 

Müdafiə Nazirliyi general Bağır Fəthullayevin ölkədən qaçması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, adıçəkilən şəxs nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır: “O Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmayıb”. Nazirlik bununla bağlı bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüksək rütbəli hərbi qulluqçusunun xarici ölkəyə getməsi ilə bağlı məlumatları həqiqətə uyğun olmadığını bildirib: “Müdafiə Nazirliyi olaraq bildiririk ki, yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2252
avatar

Oxşar yazılar