Müdafiə Nazirliyi döyüş xəbərini təkzib etdi
06 avqust 2014 13:08 (UTC +04:00)

Müdafiə Nazirliyi döyüş xəbərini təkzib etdi

0
Müdafiə Nazirliyi Ağdamın Mirəşelli kəndi istiqamətində qızğın döyüşlərin getməsi və bunun nəticəsində Azərbaycan əsgərlərinin yaralanması barədə yayılan məlumatlara münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağdam istiqamətində döyüşlərin getməsi və həmin döyüşlərdə yaralıların olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Cəbhədə baş verənlərlə bağlı rəsmi məlumatlar Müdafiə Nazirliyinin saytında yerləşdirilir”.

 

Qeyd edək ki, bu gün bəzi KİV-də Ağdamın Mirəşelli kəndi istiqamətində intensiv atışmaların olduğu və nəticədə xeyli sayda Azərbaycan hərbçisinin yaralanması barədə xəbərlər yayılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9746

Oxşar yazılar