Müdafiə Nazirliyində həkimlər gücləndirilmiş iş rejiminə keçib
25 yanvar 2016 17:28 (UTC +04:00)

Müdafiə Nazirliyində həkimlər gücləndirilmiş iş rejiminə keçib

Müdafiə Nazirliyində şəxsi heyətin kənardan xəstəliklərə yoluxmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülür.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə,  şəxsi heyətin sağlamlığı ilə bağlı heç bir narahatlıq qeydə alınmayıb.

 

Məlumatda bildirilir ki, mövsümi kəskin respirator xəstəliklərin yayılması ehtimalını nəzərə alaraq, eləcə də hərbi hissələrin şəxsi heyətinin kənardan bu kimi xəstəliklərə yoluxmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülür: "Bütün şəxsi heyət yüksək kalorili ərzaq payı, yarıvitaminlərlə təmin olunub, hərbi hissələrə normadan əlavə dərman preparatları, profilaktiki və dezinfeksiyaedici vasitələr çatdırılıb və ehtiyatı mövcuddur.

 

Xəstəliklərin profilaktikası məqsədilə həkimlər gücləndirilmiş iş rejiminə keçirilib, müşahidə, aşkarlama, məhdudlaşdırıcı, eləcə də tibbi nəzarət tədbirləri həyata keçirilir. Ezamiyyətdən, məzuniyyətdən qayıdan hərbi qulluqçular, eləcə də hərbi hissələrə daxil olan şəxslər, həmçinin valideynlər nəzarət buraxılış məntəqələrində tibbi baxışdan keçirilir. Xəstəlik əlaməti aşkar edilən şəxslər hərbi hissə ərazisinə buraxılmır. Bölüklərdə tibbi maarifləndirmə tədbirləri görülür və gündəlik termometriya aparılır.

 

Çöl-səhra şəraitində keçirilən döyüş hazırlığı məşğələlərinə cəlb olunan şəxsi heyətin uzun müddət sərt hava şəraitində qalmaması üçün poliqonlardakı dərs yerlərində isitmə məntəqələri təşkil edilib. Hava şəraitindən asılı olaraq şəxsi heyətin açıq havada qalması vaxtını azaltmaq göstərişi verilib.

 

Görülən qabaqlayıcı tədbirlər nəticəsində bugünədək şəxsi heyətin sağlamlığı ilə bağlı heç bir ciddi narahatçılıq qeydə alınmayıb"  .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 131
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10