Zakir Həsənov və Nəcməddin Sadıkov cəbhədə
26 noyabr 2014 12:29 (UTC +04:00)

Zakir Həsənov və Nəcməddin Sadıkov cəbhədə

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən hərbi hissə və birləşmələrdə aparılan tikinti-quruculuq işlərini yoxlayıblar.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsindəki hərbi şəhərciklərdə aparılan tikinti və quruculuğun gedişatını yoxlayıb, görülən işlərlə yaxından tanış olublar.


Qərargah, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərcikləri, avtopark, sıra meydanı, yeməkxanalar, əsgər klubu, tibb məntəqəsi, idman meydançası, qazanxana-camaşırxana-hamamxana kompleksləri, transformator yarımstansiyası və eləcə də tikinti gedən digər obyektlərdə olan müdafiə naziri müvafiq tapşırıq və tövsiyələrini verib.

Müasir tələblər çərçivəsində yenidən qurulan hərbi şəhərciklərdə zəruri hərbi infrastrukturlarla yanaşı, müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş, həmçinin ailəli hərbi qulluqçuların sosial-məişət ehtiyacları da nəzərə alınmaqla geniş mənzillər, eləcə də subay zabit və gizirlər üçün yataqxana komplekslərinin tikilməsi də nəzərdə tutulub.


Görülən işlərin 2015-ci il ərzində başa çatdırılması planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1055

Oxşar yazılar