MTN-dən daxil olan məlumat əsasında cinayət işi açıldı
21 aprel 2015 18:46 (UTC +04:00)

MTN-dən daxil olan məlumat əsasında cinayət işi açıldı

Ayrı-ayrı xarici ölkə vətəndaşlarının xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan Bakı şəhərində kirayə götürdükləri mənzillərdə xüsusi avadanlıqlar quraşdırmaqla beynəlxalq rabitə xidmətləri təşkil edərək dövlətə külli miqdarda ziyan vurmalarına dair Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
 
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, araşdırmalar zamanı qeyd olunan qanunsuz əməlləri həyata keçirməklə Ukrayna vətəndaşının 25 min 571 manat, İran İslam Respublikasının vətəndaşlarının 7 min 323 manat, Rusiya Federasiyası vətəndaşının 40 min 692 manat, Gürcüstan Respublikasının vətəndaşlarının 2 min 878 manat məbləğində dövlətə ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.1-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
 
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 107
avatar

Oxşar yazılar