Moskva -Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istindən məlumatına görə, baxış zamanı monitorda bıçağın təsvirləri əks olunduğuna görə müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb.
Yoxlamada sərnişinə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd ov bıçağı aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.