Monqolustanda türklərə aid heykəllər tapılıb
14 avqust 2016 14:49 (UTC +04:00)

Monqolustanda türklərə aid heykəllər tapılıb

0

Beynəlxalq Türk Akademiyasının (TWESCO) monqol və qazax arxeoloqlarının Monqolustanın Şivəət Ulaan bölgəsində davam etdirdiyi qazıntılar zamanı türklərə məxsus daş heykəllər aşkarlanıb.

 

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, arxeoloji qazıntılar çərçivəsində avqustun 24-də “Böyük Bozkır Köçəriləri” mövzusunda seminar təşkil ediləcək. Seminarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Türkiyə və Rusiyadan elm adamlarının iştirakı gözlənilir.

 

Mavzoleydəki arxeoloji qazıntılar TWESCO-nun Monqolustan Elm Akademiyası və Tarix İnstitutu ilə birgə layihəsi çərçivəsində reallaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar