Monitorinq insidentsiz keçirildi
02 iyul 2014 14:59 (UTC +04:00)

Monitorinq insidentsiz keçirildi

0

Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə,  ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq keçirilən monitorinq insidentsiz başa çatıb.

 

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov, təmas xəttinin qarşı tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Piter Svedberq və Jiri Aberle keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 435

Oxşar yazılar