Mollavaizli kənd sakininin həyətindən 278 ədəd çətənə kolu aşkarlandı
06 iyun 2019 11:09 (UTC +04:00)

Mollavaizli kənd sakininin həyətindən 278 ədəd çətənə kolu aşkarlandı

0
Saatlı rayonunda 278 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
 
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mollavaizli kənd sakini Namiq Mehdiyev saxlanılıb.
 
Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 278 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 643

Oxşar yazılar