Minik avtomobili yük maşınının altında qaldı:<span style="color:red;"> 4 yaralı  - <span style="color:red;">YENİLƏNİB
14 iyul 2014 18:56 (UTC +04:00)

Minik avtomobili yük maşınının altında qaldı: 4 yaralı - YENİLƏNİB

0
Bakı-Şamaxı yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:30 radələrində yolun 108-ci kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.

 

Acıdərə adlanan ərazidə yolun enişli hissəsində “KamAZ” markalı yük avtomobilinin əyləc sistemində yaranan problem səbəbindən sürücü idarəetməni itirib və sementlə dolu yük maşını yoldan çıxaraq qarşı tərəfdən gələn avtomobillərin yoluna çıxıb, daha sonra “Mercedes” və “VAZ-2107” markalı minik avtomobilləri ilə toqquşub.

 

Hadisə zamanı 1989-cu il təvəllüdlü Qəbələ sakini Ağarəhimov Ziya Şirvan oğlu, Qobustan sakinləri - 1983-cü il təvəllüdlü Ağayev Qalib Əliabbas oğlu, 1958-ci il təvəllüdlü Ağayev Tərlan Nadir oğlu və onun 9 yaşlı oğlu Ağayev Rəsul Tərlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı və Qobustan rayon xəstəxanalarına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

*****

 

16:13

 

Şamaxı rayonunda yol qəzası baş verib.


 

APA-nın məlumatına görə, hadisə bu gün 15.00 radələrində qeydə alınıb.

 

09 BE 969 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili ilə 37 BB 510 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil toqquşub.

 

Qəza zamanı xəsarət faktı zərərçəkənlərlə bağlı hələlik məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2503

Oxşar yazılar