Mingəçevirdə 17 yaşlı şagird döyülərək ağır xəsarət alıb.
Lent.az-ın “Report”a istinadən xəbərinə görə, 2001-ci il təvəllüdlü məktəbli Salmanov Rövşən Ruslan oğlu hazırlıq kursundan evə dönərkən bir qrup naməlum şəxs onun qarşısını kəsib. Onlar R. Salmanovdan pul tələb ediblər. Daha sonra isə gənci döyərək ona müxtəlif bədən xəsarətləri yetiriblər.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.