Mingəçevir şəhərində mağaza sahibi ağır xəsarət alıb.
Lent.az-ın “Report”a istinadən xəbərinə görə, 1968-ci il təvəllüdlü Həsənov Kazım Həsən oğlu ticarət mərkəzlərindən birində yerləşən ərzaq mağazasını bağlamaq istəyən zaman, qapının dəmir jalüzü başına düşərək ona ağır xəsarət yetirib.
Sahibkarın başı yarılıb və o, kəllə-beyin travması alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.