Ayaqqabı sexindən oğurluq edən 4 nəfər həbs edildi
26 mart 2018 13:06 (UTC +04:00)

Ayaqqabı sexindən oğurluq edən 4 nəfər həbs edildi

0

Mingəçevirdə ayaqqabı sexindən oğurluq olub.

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, “102 Zəng Mərkəzi” Xidmətinə Mingəçevir şəhərindəki ayaqqabı sexlərinin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

 

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla ayaqqabı təmiri-tikiş sexindən 3100 manat dəyərində ayaqqabı qəliblərinin oğurlandığı məlum olub.   

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Teymur Mustafayev, Tural Nabudov, Firdovsi Mustafayev və onun qardaşı Vüqar polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar