Elçiliyə getdilər, bıçaqlandılar – <span style="color:red;">TƏFƏRRÜAT  - <span style="color:red;">YENİLƏNİB
08 iyul 2014 14:19 (UTC +04:00)

Elçiliyə getdilər, bıçaqlandılar – TƏFƏRRÜAT - YENİLƏNİB

Ötən gecə saat 22:30-da Mingəçevirdə əsgərlikdən yeni gələn gəncin evlənmək arzusu yarımçıq qalıb. 


Lent.az-ın “anspress”ə istinadən xəbərinə görə, Rayon Polis Şöbəsindən bildirilib ki, 24 yaşlı Fərid Hasilov yenicə hərbi xidmətdən qayıdıb və qonşuluqda sevdiyi qıza elçi göndərib. Elçilik uğursuz olub və onlara qız verilməyib.

Bu gecə isə Fərid Hasilov 23 yaşlı qardaşı Cavid Hasilova, dostu 25 yaşlı Elnur Əzimov və anası 47 yaşlı Amaliya Həsilova ilə birlikdə məsələyə aydınlıq gətirmək istəyib. Bu zaman sevdiyi qızın qohumları 1989-cu il təvəllüdlü Zaur Rəsulovla qarşılaşıblar. Sonradan danışıq mübahisəyə çevrilib.

Nəticədə 3 nəfər Zaur Rəsulovla dalaşıb. Döyüldüyünü görən Zaur Rəsulov bıçağa əl atıb. O, hər 3 gənci və qardaşların anasını bıçaqlayıb.

Bıçaqlanan 4 nəfər ağır bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

***

12.52

Mingəçevirdə 4 nəfər birdən bıçaqlandı

Mingəçevirdə bir neçə nəfər bıçaqlanıb. Mingəçevir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Oğuz sakini, 1989-cu il təvəllüdlü Zaur Rəsulov qısqanclıq zəminində həmyerliləri - 25 yaşlı Elnur Əzimova, 24 yaşlı Fərid Hasilova, onun qardaşı, 1991-ci il təvəllüdlü Cavid Hasilova və qardaşların anası, 47 yaşlı Amaliyaya bıçaq xəsarətləri yetirib.

 

Bıçaqlanan 4 nəfər ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7621
avatar

Oxşar yazılar