Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı <span style="color:red;">RƏSMİ AÇIQLAMA  - <span style="color:red;">YENİLƏNİB
05 iyul 2018 13:11 (UTC +04:00)

Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı məlumat yayıb. 
 
 
Lent.az nazirliyin saytına istinadən bildirir ki, bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.
 
 
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.
 
 
Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.
 
 
 
Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

12:34

 

 

Mingəçevirdə yerləşən Azərbaycan İES-də bu gün səhər saatlarında lokal miqyaslı yanğın hadisəsi baş verib. 

 

Lent.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını qısa zamanda söndürüblər. 

 

Hazırda İES normal rejimdə fəaliyyətini davam etdirir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382
avatar

Oxşar yazılar