Metroda telefonu oğurlayan saxlanıldı
22 noyabr 2014 11:53 (UTC +04:00)

Metroda telefonu oğurlayan saxlanıldı

Metronun “Koroğlu” stansiyasının yaxınlığında Bakı şəhər sakini Rəbiyyə Həsənzadənin mobil telefonunu oğurlayan şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Röyal Səfərovdur. Faktla bağlı araşdırmalar aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531
avatar

Oxşar yazılar