Metroda eşidilən səs qatarın hərəkətini dayandırdı
04 iyul 2014 11:51 (UTC +04:00)

Metroda eşidilən səs qatarın hərəkətini dayandırdı

0

Bu gün "Bakı Metropoliteni" QSC-də qatarın hərəkətində fasilə yaranıb. Lent.az-ın “Movqe.az”a istinadən xəbərinə görə, saat 10:25 radələrində metronun “Koroğlu” stansiyasında qatarın hərəkəti dayandırılıb. 9 dəqiqəlik fasilədən sonra hərəkət yenidən bərpa edilib. Növbəti qatarın gəlişi arasında intervalın 7 dəqiqə çəkməsi stansiyada sıxlıq yaradıb.

 

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, yaranmış fasiləyə səbəb qatarda kənar səsin eşidilməsi olub: "Qırmızı xətt üzrə hərəkət edən qatar Həzi Aslanovdan yenicə hərəkət edəndə kənar səs eşidilib. Təhlükəsizlik baxımından  qatarın hərəkəti Əhmədli stansiyasında dayandırılıb və sərnişinlər vaqondan boşaldılıb. Ümumilikdə qatarın hərəkət qrafikində 9 dəqiqə gecikmə olub. Qatar baxış üçün depoya göndərilib".  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2565

Oxşar yazılar