Messi: "Biz yarımfinala layiq idik"
06 iyul 2014 11:19 (UTC +04:00)

Messi: "Biz yarımfinala layiq idik"

0

Argentina millisinin hücumçusu Lionel Messi "DÇ-2014"ün 1/4 finalında məğlub etdikləri Belçika ilə oyundan (1:0) danışıb.

Qol.az-ın məlumatına görə, Messi ölkəsinin mətbuatına açıqlamasında komandasının yarımfinala yüksəlməyə layiq olduğunu bildirib:

"Bir neçə qol imkanından yararlana bilmədik, ancaq hesabı açmağa müvəffəq olduq. Yaxşı oynadıq və qələbə qazandıq. Komanda yoldaşlarımdan kimisə fərqləndirmək istəməzdim, çünki hər kəs yaxşı oynadı. Dünya çempionatının yarımfinalına yüksəlmək çətin işdir, amma biz bunu bacardıq. Düşünürəm ki, yarımfinala yüksəlməyə layiq idik". 

Qeyd edək ki, Argentina yığması dünya çempionatının yarımfinalında Hollandiya - Kosta-Rika cütünün qalibi ilə qarşılaşacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 804

Oxşar yazılar