Məşhur aparıcının ANS-ə qarşı iddiası təmin edilmədi
28 yanvar 2016 15:56 (UTC +04:00)

Məşhur aparıcının ANS-ə qarşı iddiası təmin edilmədi

 

Tanınmış aparacı İlkin Həsəninin ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  Qərara əsasən şikayət təmin olmayıb.

 

Qeyd edək ki, 2015-ci ilin yayında İlkin Həsəni ANS telekanalının ünvanına feysbuk sosial şəbəkəsində bəzi ifadələr yazıb. Həmin statusa görə ANS şirkəti aparıcını məhkəməyə verərək maddi zərərin, təşkilatın və onun əməkdaşlarının  hüquqlarının pozulması nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

Nəsimi Rayon Məhkəməsi iddianı qismən təmin edib. İ.Həsəni  sosial şəbəkədə ANS şirkətindən üzr istəyib. Lakin məhkəmə qərarı ilə razılaşmayan tanınmış aparıcı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Səlcuq Elçin

Oxşar yazılar