Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Mərdəkan qəsəbəsi, 709 saylı bağ evində 1963-cü il təvəllüdlü Kövsərov Etibar Nadir oğlu özünü asıb. O, qonaq otağındakı taxta tirdən pərdədən hazırladığı kəndirlə özünü asaraq intihar edib.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.