Mənzildə kişi meyiti tapıldı
Bakıda evdə meyit aşkarlanıb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Əsgərov Tofiq Surxay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
931