Oğurluq etdiklərinə görə tutulmuş şəxslərin digər cinayət əməli müəyyən edilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oğurluq etdiklərinə görə tutulmuş Mülkədar Rəhimovun və Əkbər Rəhimovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların martın 1-də Sumqayıt şəhərindəki 42 saylı orta məktəbdən noutbuk və seyfdən pul oğurlamaları da müəyyən edilib.
Araşdırma aparılır.