Məhkəmə qərarı: ASC-dən 28 min manat tutulub DSMF-yə verilsin
07 noyabr 2013 17:20 (UTC +04:00)

Məhkəmə qərarı: ASC-dən 28 min manat tutulub DSMF-yə verilsin

DSMF-nin İri Sığortaedənlərlə İş üzrə Departamenti “Bakı Çinar Soyuducuları” ASC-ni məhkəməyə verib. Lent. az-ın məlumatına görə, departament ASC-yə qarşı borcun tutulması barədə idda qaldırıb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı tam təyin etməyib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsini qismən iddianın təmin edilməmiş hissəsində ləğv edib, həmin hissədə iddianı təmin edib. Məhkəmənin qərarına əsasən, ASC-dən 28 min manat pul tutularaq DSMF-yə verilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 719

Oxşar yazılar