Mehdiabadda ev yanıb
10 iyul 2014 04:42 (UTC +04:00)

Mehdiabadda ev yanıb

0
Abşeron rayonunun Mehdiabad qəsəbəsində ev yanıb.

 

APA-nın məlumatına görə, yanğın Aşıq Ələsgər küçəsində yerləşən ikimərtəbəli  evdə qeydə alınıb.

 

Yanğın evin ikinci mərtəbəsində başlayıb və tezliklə həmin mərtəbədəki 5 otağı əhatə edib.  Yanğın barədə Fövqəladə hallar Nazirliyinin “112” qaynar telefon xətinə məlumat verilib. Hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Abşeron və Binəqədi Rayon Hissələrinin texnikası və canlı qüvvəsi cəlb olunub.

 

Yanğının evin birinci mərtəbəsinə keçməsinin qarşısı alınıb. Aparılan ilkin araşdırmalar nəticəsində məluma olub ki, yanğın nəticəsində 5 otaqdakı bütün ev əşyaları yanıb. Eyni zamanda ev sahibinin 85 min manatı külə dönüb. Yanğının baş vermə səbəbləri araşdırılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 976

Oxşar yazılar